Betonist, sürətli montaj və uzunömürlü beton konstruksiyaları ilə sənaye və təsərrüfat sahələri üçün dayanıqlı tikinti həlləri təqdim edir.
+994512304141
2022-cı ildən bu günə qədər Betonist sənaye, anbar, avtodayanacaq və digər iri miqyaslı layihələr üçün prefabrik dəmir-beton məmulatlarının istehsalı və montajında ixtisaslaşmışdır. Müştəri məmnuniyyətini və davamlılığı əsas tutaraq, fəaliyyətimizi zavod şəraitində yüksək texnologiyalarla həyata keçiririk.
İlk gündən məqsədimiz: Keyfiyyətli və uzunömürlü
Vaxta və büdcəyə uyğun
Müasir texnologiyalarla yerli istehsalı gücləndirmək və innovativ yanaşmayla ölkəmizin infrastrukturuna dayanıqlı töhfə verməkdir
Bu yolda qazandığımız təcrübə, müştəri etibarı və texniki inkişaf bizi bu gün Azərbaycanda sənaye binaları üçün ilk prefabrik dəmir beton istehsalçına çevirmişdir.
Məqsədimiz – müasir texnologiyalarla istehsal edilmiş prefabrik beton konstruksiyalar vasitəsilə təhlükəsiz, uzunömürlü və funksional tikinti həlləri təqdim etməkdir. Yüksək keyfiyyətli məhsullar və peşəkar xidmətlə, ölkənin sənaye, kənd təsərrüfatı və digər sahələrinin inkişafına töhfə verməyi qarşıya məqsəd qoymuşuq.
Azərbaycanın və regionun aparıcı prefabrik tikinti həlləri təminatçısına çevrilmək. Məqsədimiz – sürətli montaj, dayanıqlı material və innovativ yanaşma ilə müasir tikinti standartlarını formalaşdırmaq və sektorun etibarlı tərəfdaşı olmaqdır.
Prefabrik beton məhsulların layihələndirilməsi, istehsalı və montajı üzrə ixtisaslaşmışıq.
Yaşayış, kommersiya və sənaye sahələrində müasir tikinti həlləri təqdim edərək, sifarişçimizin tələblərinə uyğun yüksək keyfiyyətli və sürətli icra təmin edirik.
İlkin dizayndan yekun quraşdırma və təhvilə qədər hər mərhələdə müştəri ilə sıx əməkdaşlıq edərək, unikal ehtiyacları anlayır və uyğun həllər təqdim edirik.
Tikinti ideyalarınızı reallaşdırmaq üçün daha artıq gözləməyin.
Bizimlə əməkdaşlıq edərək sürətli icra, yüksək keyfiyyət və şəffaf xidmət əldə edin.
Betonist prefabrik beton panellər və modul konstruksiyalar sahəsində peşəkar tikinti həlləri təqdim edir. Zavoddan sahəyə – keyfiyyətli və uzunömürlü tikinti üçün doğru ünvan.